“Press işi” filminin premyerası olub

Türkiyənin İstanbul şəhərində kinorejissor və musiqiçi Mahsun Kırmızıgülün ssenari müəllifi olduğu və rejissorluğunu etdiyi “Prestij işi” filminin təqdimatı olub. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, musiqi və kino dünyasından bir çox adın qatıldığı Paribu Cineverse Kanyonda keçirilən premyerada mətbuata açıqlama verən Kırmızıgül bunları deyib: "Bu, illər əvvəl yaşanan gerçək bir hekayədir. Mənim üçün heç vaxt köhnəlməyəcək".

Bu filmin onun üçün ömür boyu fərqli bir məna kəsb edəcəyini vurğulayan Kırmızıgül sözlərinə əlavə edərək qeyd edib: "İşdə səyahətin ilk hekayəsi. Bu, Sevgili Özcan Dəniz, Hilmi Topaloğlu, mənim və Haluk Leventin yaşadığı gerçək bir ümid hekayəsidir".

Fevralın 3-də filmin Türkiyə ilə yanaşı, Avropa, Yaxın Şərq və Azərbaycanda da nümayiş olunacağı barədə məlumatı paylaşan Kırmızıgül, "Bu çarəsizlikdə film həm bizim, həm də ölkəmiz üçün çox xeyirli olacaq" dedi.

Qeyd edək ki, baş rollarda Engin Hepileri, Eser Yenenler və Aslıhan Günerin çəkildiyi “Prestij işi” musiqi prodüseri Hilmi Topaloğlu tərəfindən qurulan Prestij Musiqi dövründə baş verənlərdən bəhs edir. Filmdə Mahsun Kırmızıgül, Özcan Deniz və Haluk Leventin Hilmi Topaloğlu ilə birlikdə səyahətinə diqqət yetirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə