Müğənni xərçəng xəstəliyindən dünyasını dəyişib

Hollandiyanı "Eurovision”da təmsil edən müğənni xərçəng xəstəliyindən dünyasını dəyişib. SİA xarici mediaya istinadən xəbər verir ki, Heddi Lester 72 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.

Uzun müddətdir ki, xərçənglə mübarizə aparan müğənni Amsterdamdakı evində dünyasını dəyişib.

Qeyd edək ki, 1977-ci ildə "Eurovision"da Hollandiyanı "De Mallemole” mahnısı ilə təmsil edən müğənni həm də aktrisa olub. O, yarışmada 12-ci olub.

Bütün xəbərlər Facebook səhifəmizdə