Türkiyəli model, aparıcı, aktrisa Çağla Şikel vəkil Nail Gönenli ilə münasibətə başlayıb. SİA Türkiyə KİV-ə istinadən xəbər verir ki, yeni sevgilisi ilə dəfələrlə görüntülənən Çağla Şikel jurnalistlərin israrlı suallarından sonra münasibətini təsdiqləyib.
O, açıqlamasında “Hər şey gördüyünüz kimidir”, - deyib.
Qeyd edək ki, Çağla Şikel 2008-2015-ci illər arasında müğənni və aktyor Emre Altuğla evli olub. Onların 2 uşağı var.
Bütün xəbərlər Facebook səhifəmizdə