Cennifer Lopez ölüm təhlükəsi ilə üzləşib

Amerikalı müğənni və aktrisa Cennifer Lopez yeni filminin çəkiliş meydançasında ölüm təhlükəsi ilə üzləşib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Ben Afflekin həyat yoldaşı “My Pirate Wedding” filminin çəkilişi zamanı acı təcrübəsindən danışıb.

Məşhurun ​​sözlərinə görə, o, Dominikan Respublikasında çəkiliş apararkən az qala qayadan yıxılacaqdı. Lakin Coş Dyuamel onu yıxılmaqdan xilas edə bilib. CeyLo çəkilişləri bütövlükdə müsbət qiymətləndirib. “Mən hiss edirəm ki, biz çox yaxşı iş görmüşük”, - deyə ekran ulduzu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə