Özcan Dənizin toy fotoları yayıldı

2019-cu ildə Feyza Aktan ilə 15 aylıq evliliyi sona çatan məşhur müğənni və aktyor Özcan Dənizin evliliyi bitdikdən sonra özündən 24 yaş kiçik modelyer Samar Dadgara ilə eşq yaşayır. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, Özcan Dəniz 1,5 ilə yaxındır birlikdə olduğu Samar Dadgarla ailə qurub.

Məşhur cütlük Zekeriyaköydə nikah masasına əyləşib. Anası Kadriye Dəniz istəməsə də, özündən 24 yaş kiçik iranlı sevgilisi ilə ailə həyatı quran Özcan Dənizin toy görüntüləri ortaya çıxıb. Hazırda Dubayda istirahətdə olan cütlükdən daha bir sürpriz xəbər gəlib. Toyda iştirak etməyən Kadriye Dəniz son aylarda "Oğlunuzun evlənməsini səbirsizliklə gözləyirsinizmi?" sualına belə cavab verib: "Özcan da bunu eşitsin. Mən onun evlənməsini istəmirəm. Onun bir övladı var. Sevgilisi ilə xoşbəxtlik arzulayıram. Amma evlənməməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə