Rusiya və Belarusdan olan müğənnilər müsabiqəyə buraxılmayacaqlar

Osloda iki ildən bir keçirilən “Kraliça Sonya” Beynəlxalq Musiqiçilər Müsabiqəsinin təşkilatçıları Rusiya Federasiyası və Belarus vətəndaşlığı olan ifaçıların müraciətlərini qəbul etməyəcəklər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə müsabiqənin sosial şəbəkələrdəki rəsmi səhifəsində yayılan xəbərdə deyilir.

“Müsabiqə Ukrayna və onun vətəndaşları ilə həmrəyliyi ifadə edir, buna görə də Rusiya və ya Belarus vətəndaşlığı olan müğənnilərin müraciətləri qəbul edilməyəcək”.

Müsabiqə təşkilatçıları bildirib bunu.

Xatırladaq ki, tədbir avqustun 15-dən 26-dək davam edəcək.

Qeyd edək ki, “Kraliça Sonya” Beynəlxalq Musiqi Müsabiqəsi 1988-ci ildən Norveçdə keçirilir.

1995-ci ildən orada yalnız vokalçılar iştirak edirlər.

Onu da qeyd edək ki, 2021-ci ildə keçirilən sonuncu müsabiqənin qalibi rusiyalı müğənni, Böyük Teatrın Gənclər Opera Proqramının artisti, soprano Mariya Motolıgina olmuşdu.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə