Röya həyatını sığortalatmaq qərarına gəlib - FOTO

Xalq artisti Röya Ayxan həyatını sığortalatmaq qərarına gəlib. SİA xəbər verir ki, estrada ulduzunu buna vadar edən səbəb üçgünlük solo konsertində riskli performans göstərməyi planlaşdırması olub.

Röya Bakı Konqres Mərkəzində baş tutacaq olan tədbirlərində həyati təhlükəsi olan xoreoqrafik hərəkətlərlə tamaşaçıları təəccübləndirməyi hədəf alıb. Həftələrdir hazırlaşan Xalq artisti bunları nəzərə alaraq həyatını sığortalatmaq niyyətinə düşüb.

“Sonuncu dəfə belə konsertimiz Heydər Əliyev Sarayında (2016-cı il – “Qadın”) olub. Rejissorlar çalışmışdı, bənzər obrazlar yaradılmışdı. Neçə il sonra yenidən o həvəsi yaşadığım konsertim olacaq. Axır ki, mənə də qismət oldu. İlk dəfə Ranar Musyaevlə solo işim olacaq”, - deyə Röya Ayxan bildirib.

Qeyd edək ki, konsert 27, 28, 29 yanvarda Bakı Konqres Mərkəzində baş tutacaq solo konsertin rejissoru Ranar Musayevdir.

Bütün xəbərlər Facebook səhifəmizdə