Dünya şöhrətli müğənni Şakiranın eks-sevgilisi, "Barselona"nın keçmiş müdafiəçisi Jerar Pike tərəfindən xəyanətə uğradığını necə öyrəndiyi ortaya çıxıb.
SİA xəbər verir ki, Şakira Pikenin xəyanətini bir banka boş çiyələk mürəbbəsi sayəsində bilib. Müğənni Pikenin sevgilisi olduğunu onun yoxluğunda soyuducudakı mürəbbənin yeyilməsindən anlayıb. Keçmiş sevgilisinin və övladlarının sevmədiyi bu mürəbbənin yeyildiyini görən Şakira onların evində başqa birinin qaldığından şübhələnib.
Müğənninin bir müddət əvvəl yayımladığı "Te Felicito" adlı mahnıya çəkdirdiyi klipdə (1:33-cü saniyədə) məhz buna eyham vurduğu bildirilib.
Qeyd edək ki, Şakira və Pike 11 ildir ki, münasibətdə idilər. Onların iki oğlu var - 9 yaşlı Milan və 7 yaşlı Saşa.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB