6 ilə yaxındır sevgili olan aktyor cütlüyü Çağatay Ulusoy və Duyğu Sarısin bir neçə gün öncə sosial şəbəkədə bir-birlərini izləmədən çıxararaq, ayrıldıqlarının siqnalını vermişdilər. SİA xarici mətbuata istinadən xəbər verir ki, daha sonra Ulusoyun həmkarı İlkin Tüfekçi ilə bir yerdə əyləndiyi iddia edilib.

İkili arasında nə baş verdiyini maraqlanarkən, Tüfekçinin etdiyi paylaşım onların sevgi iddialarını gücləndirib.
Bütün bunlardan sonra adı Çağatay Ulusoyla hallanan İlkin Tüfekçinin “İnstagram” paylaşımı ikilinin pərəstişkarlarının şübhəsinu artırıb. Aktrisanın Ulusoyun daha əvvəl taxdığı papaqla foto paylaşması diqqət çəkib.

Bütün xəbərlər Facebook səhifəmizdə