Mina Hüseyn boşanmasından danışıb

Mina Hüseyn boşanmasından danışıb

Mina Hüseyn boşanmasından danışıb. SİA xəbər verir ki, müğənni Mina Hüseyn ATV televiziyasında yayımlanan "Şou Xəbər” verilişinə boşanması ilə bağlı ətraflı məlumat verib.

2022-ci ildə ailə həyatı qurub, həmin ildə də boşanan müğənni bir müddət öncə açıqlamasında bildirmişdi ki, ailəsinin dağılmasını istəməyib: "Mən ailəmin dağılmasını istəmirdim, ana olmaq istəyirdim. Nikah günümüzdə dedi ki, "Instagram”ı bağlayıb, sənətdən uzaqlaşacaqsan. Mən də həmişə deyirdim ki, sənətdən gedərəm, amma həyat yoldaşım bunun müqabilində dəstək olsun”, - deyə Mina bildirmişdi. O, yenidən məsələ ilə bağlı açıqlamasında boşandığına görə peşman olduğunu bildirib.

Müxbirin "Yaman gözlərin gülür, həyatında yeni biri var?” sualına Mina gülərək cavab verib: "Mənim bir insanda önəm verdiyim keyfiyyətlər yalan danışmamağı, dürüst olmağı, anlayışlı olması və qadını sahiblənməyidir. Kişi bir balaca meymundan fərqlənsə kifayətdir, əsas onun xarakteridir. O qədər yaraşıqlı oğlanlar var ki, amma xasiyyəti çox pisdir”.

Bütün xəbərlər Facebook səhifəmizdə