Rusiya şəhərində Meladzenin konserti ləğv edilib

Rusiya şəhərində Meladzenin konserti ləğv edilib

İrkutskda müğənni Valeri Meladzenin konserti ləğv edilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, konsert mayın 4-də “Trud” İdman Sarayında keçirilməli idi, amma… Maraqlıdır ki, ləğvetmənin səbəbi açıqlanmayıb.

Yeri gəlmişkən, bəzi rus saytlarının yazdığına görə, Meladzenin mayın 2-də Krasnoyarskda keçiriləcək konsertinə biletlərin satışı davam edir.

Digər qəribəlik isə müğənninin şəxsi saytında Rusiyada baş verən hadisələrlə bağlı məlumatın olmamasıdır. İsraildə və Kiprdə mart ayında baş tutacaq konsertlər var.

Xatırladaq ki, Ukraynada xüsusi hərbi əməliyyat başlayandan sonra Meladze Rusiya hakimiyyətinin hərəkətlərini pisləyərək, ölkədə çıxışını davam etdirdi.

Belə ki, dekabrda o, Dubayda səhnədən Ukraynaya dəstək şüarı səsləndirdi. Bunun ardınca müğənninin Novosibirskdəki iki konserti ləğv edildi və bundan sonra Dövlət Duması onu bütün titullar və vətəndaşlıqdan məhrum edilməsi təşəbbüsünü qaldırdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə