Müğənninin əri həbsxanada öldü

Türk müğənni Elif Karlıya ağır itki üz verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, sənətçinin həyat yoldaşı Cengiz Karlı həbsxanada vəfat edib. Yeddi aydır azadlıqdan məhrum olunan Karlı səhər saatlarında dünyasını dəyişib. Onun infartk keçirdiyi bildirilib.

Qeyd edək ki, 57 yaşlı iş adamı “Sarallar” adlı cinayətkar qrupun üzvü olmaqda ittiham edilərək həbs olunmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə