"Mənim yoldaşım indi də mənim dalımca mələyir" - MÜĞƏNNİ

"Mənim yoldaşım indi də mənim dalımca mələyir" - MÜĞƏNNİ

Müğənni Mənzurə Musayeva keçmiş həyat yoldaşından danışıb. SİA xəbər verir ki, o, bu barədə ARB Tv-də yayımlanan "Həmin Zaur” proqramında söhbət edib.

Mənzurə Musayeva deyib ki, övladı olmadığı üçün özü ayrılıb: "Mən oxuya-oxuya ərə getmişəm. Yaxşı ailəm də olub. Övladım olmayıb, mən ayrılmışam”.

O, həmçinin keçmiş həyat yoldaşının hələ də onunla yenidən evlənmək istədiyini qeyd edib: "Mənim yoldaşım indi də mənim dalımca mələyir, mənlə evlənmək istəyir. Yəni, mən pis deyiləm, məni hələ də sevir”.

Bütün xəbərlər Facebook səhifəmizdə