Müğənni Leyla Ramazanlı 2023-cü ilə olan ilk layihəsini təqdim edib. SİA xəbər verir ki, sənətçi sözləri Kübra Kərimli, musiqisi Sevinc Tağıyeva, aranjimanı isə İslam Şirvaniyə məxsus olan “Qanadlarını aç” mahnısını ekranlaşdırıb.
Bildirilib ki, klipin sosial mesajı “Heç nəyə baxmadan öz məqsədlərinə doğru irəliləmək"dir. Leyla təqdim etdiyi bu yeni layihəsində qadın hüquqlarına diqqət çəkib. Son bir neçə ildə Azərbaycanda selektiv abortların sayı kəskin artıb.
6 aya ərsəyə gələn ekran işinin rejissorluğunu Mariya Zhelondievskaia və Yevgeniy Rodin edib. Layihənin prodüseri və rəhbəri Kamran Aydınovdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB