Aktyor Ben Masters vəfat edib

Amerikalı aktyor Ben Masters vəfat edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, 75 yaşlı aktyor Kaliforniya ştatının Palm Sprinqs şəhərindəki Eyzenhauer Tibb Mərkəzində koronavirusdan dünyasını dəyişib.

70-ci illərdən karyerasına start verən Ben Masters "Kojak", "Kolçak", "Bütün bu caz", "Qətli o yazdı", "Casus oyunları" kimi məşhur filmlərdə rol alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə