Şakira və Jerard Pike münasibətindəki qalmaqal yenidən gündəm olub

Şakira və Jerard Pike münasibətindəki qalmaqal yenidən gündəm olub

Məşhur xarici sima Şakira və Jerard Pike münasibətindəki qalmaqal yenidən gündəm olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, müğənninin yeni mahnısı sosial şəbəkələrdə maraqla qarşılanıb. Belə ki, onun mahnısının sözləri diqqət çəkib. Şakiranın bu ifa ilə Pikeyə söz atdığı düşünülüb.

Dünya ulduzunun mahnısının sözlərində qeyd edilir:

“Ağlasan da, yalvarsan da, sənə dönməyəcəyəm.

Mənim kimi bir dişi qurd sənin kimilərə görə deyil.

Mən 2 ədəd 22-lik sütulə bərabərəm.

“Ferrari”dən enib “Twingo”ya mindin.

“Rolex”i qoyub “Casio”ya keçdin.

“GYM”də çox vaxt keçirirsən, bir az da beynini inkişaf etdir.

Mən sənin marağında deyiləm, ona görə özün kimi insanla bir yerdəsən”.

Qeyd edək ki, Şakiraya xəyanət edən Jerard Pikenin indiki sevgilisi 23 yaşındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə