“Onlar Rusiya vətəndaşlığından məhrum edilməlidirlər”

“Onlar Rusiya vətəndaşlığından məhrum edilməlidirlər”

Sovet və rus müğənnisi Vika Tsıqanova Dövlət Dumasının deputatlarını Donbass respublikalarının mühafizəsi üçün xüsusi əməliyyat başlayandan sonra xaricə uçan sənət adamlarını vətəndaşlıqdan məhrum etməyə çağırıb.

SİA bu barədə rus saytlarına istinad edir.

Sənətçinin sözlərinə görə, o, heç vaxt Rusiyanın xalq artistlərinin qaçan həmkarlarının qalmaqallı hərəkətləri barədə danışdığını eşitməyib. Eyni zamanda, Tsıqanovanın özü də xüsusi əməliyyata qarşı çıxanları xəyanətdə ittiham etməkdən çəkinmir.

Vətənpərvər mahnıların ifaçısı İctimai Xəbərlər Xidmətinin jurnalistləri ilə söhbətində Rusiya Dövlət Dumasının deputatlarının şoumen İvan Urqant və ona bənzər məşhurların vətəndaşlıqdan məhrum edilməsi məsələsi üzərində düşünməli olduqlarını bildirib.

“Satqınlar burada olmamalıdır. Onlar Rusiya vətəndaşlığından məhrum edilməli və ölkəyə buraxılmamalıdır”. Tsıqanova deyib bunu.

Xatırladaq ki, xüsusi əməliyyat başlayandan sonra Urqant həmvətənlərinin qərarını pisləyərək Rusiyadan gedib və indiyə qədər hələ ki, geri dönməyib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə