"Səhhətim və maddi vəziyyətim çox ağırdır". SİA xəbər verir ki, bu sözləri "Toppuş bacı" ləqəbi ilə şou-biznesdə məşhurlaşan aktrisa, Əməkdar artist Tünzalə Əliyeva bizim.media-nın əməkdaşı ilə söhbətində deyib. Sənətçi bədənində yeni törəmələrin aşkar olunduğunu açıqlayıb: "Başımda yeni törəmələr əmələ gəlib. Ayaqlarım tamam tutulub. Yeriyə bilmirəm. Bir neçə gün əvvəl şüa aldığımdan prosesi yenidən təkrarlaya bilmirəm. İynə-dərmanlarla zaman qazanmağa çalışıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB