68 yaşlı model bu geyimdə şəkil paylaşdı - FOTO

68 yaşlı model bu geyimdə şəkil paylaşdı - FOTO

68 yaşlı model Kristi Brinkli qırmızı çimərlik geyimində şəkil paylaşıb. SİA xəbər verir ki, amerikalı aktrisa və model Kristi Brinkli istirahətdən bir sıra şəkillər nümayiş etdirərək pərəstişkarlarını sevindirib. Müvafiq kadrlar onun İnstaqram səhifəsində yayılıb.

Yayımlanan fotolarda 68 yaşlı məşhur parlaq qırmızı rəngli çimərlik geyimində pozalar verərək, fit bədənini nümayiş etdirib. Onun görünüşünü həsir papaq, pareo və belindəki kəmər tamamlayır.

Model qeyd edib ki, o, hazırda Karib dənizindəki Parrot Cay adasında səyahət edir. Onun sözlərinə görə, çiynində və boynunda problemlər olduğu üçün adada masaj xidmətindən istifadə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə