Xalq artistinin təxirə salınan konserti baş tutacaq - FOTOLAR

Xalq artistinin təxirə salınan konserti baş tutacaq - FOTOLAR

Xalq artisti Röya Ayxanın üç ildir təxirə düşən konserti bu ay baş tutacaq. SİA xəbər verir ki, estrada ulduzunun bundan əvvəl adı “Nazlı” olan, dəyişdirilərək “Dəli kimi” edilən tədbir 27, 28, 29 yanvarda baş tutacaq.
Musiqili gecənin Bakı Konqres Mərkəzində reallaşdırılması planlaşdırılır.
Əvvəlki tarixə alınan biletlər keçərli olacaq. 1 saat 30 dəqiqəlik solo konsertin bilet qiymətləri isə 20-150 AZN arası dəyişir.
Xatırladaq ki, Röya 22-25 sentyabrda baş tutması planlaşdırılan konsertini Azərbaycan ordusunun şəhid verməsi ilə əlaqədar təxirə salmışdı.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə