20 min TL fərq ilə mahnını ala bilmədi

20 min TL fərq ilə mahnını ala bilmədi

Yeni il gecəsi atası İbrahim Tatlısəsin proqramına qonaq olan və mahnıları ilə yanaşı rəqs hərəkətləri ilə də diqqət çəkən Dilan Çıtak Tatlısəs yeni mahnıya hazırlaşdığını bildirmişdi. SİA xarici mətbuata istinadən xəbər verir ki, olduqca həyəcanlı olan Tatlısəs mahnını 20 min TL fərqlə itirdiyini öyrənib. Buna əsəbiləşən 33 yaşlı müğənni Tvitter hesabından paylaşım edərək, mahnının müğənnilərə fərqli qiymətlərlə təklif edildiyini bilmədiyini, buna görə də mahnının Hadisə verildiyini qeyd edib.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə