Türkiyəli aktrisa estetik iddialarına cavab verib

Türkiyəli aktrisa estetik iddialarına cavab verib

Türkiyəli aktrisa Mine Tuqay estetik iddialarına cavab verib. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa bununla bağlı instaqram hesabında paylaşım edib.

O bildirib ki, gözündə uzun zamandır problem var və bu səbəbdən əməliyyat olunub: "12 ildir ki, sol gözümdə problem var. Buna görə də əməliyyat keçirməli oldum, gözümdə tez-tez şişliklər, çökmələr olur. Sonuncu dəfə kista əmələ gəldiyi üçün əməliyyat olundum. Hazırda müalicə alıram. Həqiqəti bilmədən bu qədər yalan söhbətlərin aparılması məni çox pis edir”.

Bütün xəbərlər Facebook səhifəmizdə