Meladzenin ardınca Qalkin də Dubay səhnəsindən Ukraynayönlü şüarlar səsləndirib
Bu arada Beşinci kanal Rusiyanı tərk edən (Rusiya Federasiyasında xarici agent kimi tanınan) yumorist Maksim Qalkin də Dubaydakı çıxışı zamanı səhnədən Ukraynayönlü şüarlar səsləndirib: “Ukraynaya eşq olsun!”
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, sosial şəbəkədə Qalkinin tamaşaçılara konsert təşkilatçılarının xahişini izah etdiyi bir video yayımlanıb.
“Məndən neytral olmağı tələb etdilər, bəs mən necə bitərəf ola bilərəm? Qəhrəmanlara eşq olsun!”- Qalkin deyib bunu.
Qeyd edək ki, bundan sonra o, sosial şəbəkələrdə şərh yazmaq imkanını bağlayıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB