Dilarə Kazımova sənət dostları ilə bağlı açıqlama verib

Dilarə Kazımova sənət dostları ilə bağlı açıqlama verib

Müğənni Dilarə Kazımova sənət dostları ilə bağlı açıqlama verib. SİA xəbər verir ki, ifaçı bu barədə "Səhərin səsi" proqramında danışıb.

O bildirib ki, hər zaman həmkarları ilə bir-birini dəstəkləyir: "Qızlarla gözəl münasibətim var. Yeni layihələri olanda dəstəkləməyə çalışıram. Məsələn, biz Səmra (Müğənni Səmra Rəhimli) ilə bir-birimizi dəstəkləyirik, işlərimiz olanda səhifələrimizdə paylaşırıq. Fikrimcə, publika, tamaşaçı hər birimizə bəs edər, niyə qıraq bir-birimizi? Dəstək olmalıyıq. Gözəl xanımlar bir-birini dəstəkləyəndə fərqli olur ki, paxıllıq etmirlər. Səhnədə rəqabət ola bilər. Amma şəxsi həyatda bir-birimizi niyə qıraq?".

Bütün xəbərlər Facebook səhifəmizdə