Həbs olunan kino ulduzu zaminə buraxıldı

Həbs olunan kino ulduzu zaminə buraxıldı

Ötən ilin dekabrında yalan məlumat yaymaq və anti-İran hərəkatlarını dəstəkləmək ittihamı ilə saxlanılan iranlı aktrisa Təranə Əlidusti zaminə buraxılıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, o, daha çox “Oskar” mükafatı alan “Satıcı” (2016) filmindəki Rəna rolu ilə tanınır.

“Müvəkkilim bu gün, yanvarın 4-də zaminə buraxıldıqdan sonra sərbəst qalıb”, - sənətçinin vəkili Zəhra Minui bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə