Deputat Meladzenin Rusiyaya girişini qadağan etməyə çağırıb

Deputat Meladzenin Rusiyaya girişini qadağan etməyə çağırıb

Müğənni Valeri Meladzenin Rusiyaya girişi qadağan edilməlidir. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Dövlət Dumasının Mədəniyyət Komitəsinin sədrinin birinci müavini Yelena Drapeko deyir.

...Nə var, nə var Meladze Dubayda korporativ ziyafətdə pərəstişkarlarının təhriki ilə “Ukraynaya eşq olsun!” deyib. Əslində bu da bir ehtimaldır.

“Mən onun xarici agent kimi tanınmasının tərəfdarıyam. Amma ümumiyyətlə, getsə, daha yaxşı olardı və ümumiyyətlə, onun Rusiyaya girişinə qadağa qoyulmalıdır”, - deyən rusiyalı deputat, “bu vəziyyətdə əyilməyə ehtiyac yoxdur, həmçinin Meladzenin Rusiyanı bəyənmədiyi barədə fikirlər səsləndirib”-deyə əlavə edib.

Xatırladaq ki, daha sonra Meladzenin hərəkətlərini "Ədalətli Rusiya - Həqiqət naminə" partiyasının lideri Sergey Mironov da pisləyib. O, müğənnini bütün titullarından məhrum etməyə çağıraraq, onun “iki stulda oturduğunu” qeyd edib.

Bu arada senator Yelena Afanasyeva Meladzeni Rusiya vətəndaşlığından məhrum etməyi təklif edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə