İllərdir küsülü olan Xalq artisti Nazpəri Dostəliyeva ilə Əməkdar artist Elza Seyidcahan barışıblar. SİA xəbər verir ki, həmin anlar "Günaydın, Azərbaycan” verilişində izləyicilərə təqdim olunub. N.Dostəliyeva evinə qonaq gələn E.Seyidcahanla qucaqlaşıb. "Küsmək deyildi... Allah eləməsin! Düşmən deyilik. Üz-üzə gəldik, həmkarıq. İllər boyu Elzanın mahnıları olub, onların üzərində çalışmışıq. Elza hər zaman mənə əziz olub”, - deyə Nazpəri bildirib.
Qeyd edək ki, Nazpəri və Elza arasında qalmaqal "Azərbaycanın səsi” müsabiqəsində başlayıb. Münsif kürsüsündə oturan ifaçıların sözləri çəp gəlib və bir-birini tənqid ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB