Müğənninin “Range Rover"indən 6 min manat oğurlandı

Müğənninin “Range Rover"indən 6 min manat oğurlandı

Bakıda maşından pul oğurlayan şəxs saxlanıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər nazirliyi məlumat yayıb. Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə ötən il dekabrın 30-da rayon ərazisində "Range Rover” markalı avtomobildən 6000 manatın oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini T.Ağayev müəyyən olunaraq saxlanılıb.

Qeyd edək ki, pul tanınmış müğənni Nəfəsin maşınından oğurlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə