Yeni ili Kiprdə konsertlə qarşılayan Tarkanın mahnı başına 475 min TL aldığı iddia edilib. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, gecə boyu 19 mahnı oxuyan Tarkan 9 milyon TL qazanıb. Türkiyə mediasının məlumatına görə, Tarkanın konsertində iştirak edən pərəstişkarları bilet üçün ödənişdən əlavə də xeyli xərcə düşüblər. Belə ki, konsertin keçirildiyi hoteldə 3 gecə qalmaq adambaşına təxminən 91 min TL ( təxmini 8300 AZN) edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB