Meladze korporativ ziyafətdə “Ukraynaya şöhrət” ifadəsini təkrar edib

Meladze korporativ ziyafətdə “Ukraynaya şöhrət” ifadəsini təkrar edib

Rusiyalı müğənni Valeri Meladze korporativ məclislərin birində “Ukraynaya şöhrət” ifadəsini davam etdirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, sosial saytlarda yer alan videonun Dubayda çəkilə biləcəyi ehtimal olunur.

Görüntülərdə müğənni pərəstişkarı ilə söhbət edib, daha sonra “Ukraynaya şöhrət” sözləri ilə sənətçiyə üz tutublar. Meladze, mikrofonu çıxararaq, pərəstişkarlarına dəstək verib.

Meladzenin dodaqlarından səslənən ifadə videoda oxunmaz səslənir. Eyni zamanda, bir sıra Telegram kanalları videoya və sənətçinin həmsöhbətinin reaksiyasına əsaslanaraq, onun “Qəhrəmanlara izzət” dediyi qənaətinə gəliblər.

Maraqlıdır ki, müğənninin özü material yayılan zaman görüntüləri ictimaiyyətə şərh etməyib.

Qeyd edək ki, bundan əvvəl Telegram kanallarında Dubayda ziyafətdə tamaşaçılar Oleq Qazmanovdan Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı barədə mənfi danışmasını tələb edən video yayımlayıblar.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə