Yanvarın 1-də ABŞ-nin “Black eyed peas” qrupunun TVN kanalının yeni il konsertində göy qurşağı rəngli sarğılarla çıxışı Polşada qalmaqala səbəb olub. SİA xəbər verir ki, belə ki, ədliyyə naziri Zbiqnev Ziobro bəyan edib ki, əgər TVN-nin Yeni il konsertində LGBT nümayəndələrinin təbliğatını telekanal planlaşdırıbsa, bunu qalmaqal hesab edənlər haqlıdır.
Ədliyyə Nazirliyinin katibi Martsin Varhol isə TVN-də baş verənləri ayıb adlandırıb. Onun fikrincə LGBT təbliğatlı Yeni il gecəsi Polşa xalqının alçaldılmasıdır.
Digər tərəfdən, həm aparıcı, həm də sənətçilər konsertin bütün detallarının, o cümlədən ifaçıların geyiminin bütün elementlərinin razılaşdırıldığını təsdiqləyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB