Aktyor 1 milyon TL-lik suala cavab verə bilmədi

Aktyor 1 milyon TL-lik suala cavab verə bilmədi

Türkiyənin ATV kanalında yayımlanan “Kim milyoner olmaq istəyir?” verilişinin Yeni ilə olan özəl buraxılışının qonağı məşhur aktyor Oktay Kaynarca olub. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor 1 milyon TL-lik (90 min AZN) suala kimi gəlib.

Lakin o, həmin sualı cavablandıra bilmədiyi üçün 400 min TL (36 min AZN) ilə verilişi tərk edib.

Həmin 1 milyon TL-lik sualı təqdim edirik:

Bu gün istifadə etdiyimiz təqvimə görə, 1582-ci il oktyabrın 4-dən sonra Roma sakinləri üçün hansı gün idi?

A) 5 oktyabr 1582-ci il

B) 15 oktyabr 1582-ci il

C) 5 noyabr 1582-ci il

D) 15 noyabr 1582-ci il

Belə ki, sualın düzgün cavabı B variantı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə