Türkiyəli məşhur cütlük münasibətlərini bitirib - FOTO

Türkiyəli məşhur cütlük münasibətlərini bitirib - FOTO

Türkiyəli məşhur cütlük Afra Saraçoğlu və Mert Yazıcıoğlu münasibətlərini bitirib. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, ayrılığa səbəb Afranın "Yalı Çapkını" serialında baş rolu canlandıran Mert Ramazan Dəmirlə səmimi görüntülərinin yayılması olub.

Belə ki, Afra Saraçoğlu və Mert Ramazan Dəmir Yeni il yeməyinə qatılıb, daha sonra isə birlikdə əyləniblər. Onların yaxın olduğu fotoları mətbuatda görən Mert Yazıcıoğlu sevgilisi ilə mübahisə etməyə başlayıb.

Nəticədə anlaşa bilməyən cütlük yollarını ayırıb və eyni evdə yaşamaqdan imtina ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə