Braziliyalı supermodel, "Victoria's Secret"in keçmiş "mələyi" Alessandra Ambrosio qarlı dağların fonunda çimərlik paltarının üzərinə xəz palto geyinərək poza verib. SİA xəbər verir ki, o, müvafiq şəkilləri İnstaqramda abunəçiləri ilə paylaşıb.
41 yaşlı Alessandra Ambrosio sosial şəbəkələrdə Park Siti xizək kurortunda (Yuta ştatı, ABŞ) çəkilmiş bir neçə fotonu yayımlayıb. Yayımlanan şəkillərdə supermodel tətil üçün dayandığı otelin eyvanına qırmızı çimərlik paltarı, ağ xəz palto, papaq və çəkmələrlə çıxıb.
Alessandra Ambrosionun izləyiciləri şərhlərdə onun görünüşünə heyran qalıblar. İnternet istifadəçiləri “Qar kraliçası”, “O qədər istisən ki, qar ərimək üzrədir” yazıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB