Britaniyalı məşhur vəfat edib

Britaniyanın "Faithless" qrupunun solisti Maksi Caz ​​(Maksvell Freyzer) 65 yaşında vəfat edib. SİA xəbər verir ki, bu barədə qrupun "Twitter" səhifəsində deyilir.

“Maksi Caz dünən gecə yuxuda ikən dinc şəkildə dünyasını dəyişdi. O, həyatımızı bir çox cəhətdən dəyişdirən bir insan idi. O, musiqimizə lazımi məna və ideya verdi”, - qrup yazıb.

"Faithless" 1995-ci ildə yaradılıb. Qrup karyerası ərzində altı studiya albomu buraxıb.

Ən məşhur hitlərdən biri "Yuxusuzluq" bəstəsidir.

Komanda 2011-ci ildə dağıldığını elan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə