Məşhur müğənni yenidən səhnəyə dönüb

Məşhur müğənni yenidən səhnəyə dönüb

Həbsdən azadlığa çıxan türkiyəli məşhur müğənni Gülşən yenidən səhnəyə dönüb. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, hadisələrdən uzun müddət sonra səhnədə görüntülənən müğənni ötən gecə İstanbulda konsert verib.

Gülşənin konsert görüntüləri qısa zamanda sosial mediada gündəm olub.

Qeyd edək ki, Gülşən İmam Hatip camaatının ünvanına söylədiyi sözlərə görə "xalqı kin və düşmənçiliyə sövq etmək və ya alçaltmaq" ittihamı ilə barəsində açılan istintaq çərçivəsində həbs edilərək mühakimə olunmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə