Məşhur müğənni infarkt keçirdi

Türkiyənin məşhur müğənnisi Gökhan Özen infarkt keçirib. SİA xəbər verir ki, müğənni bu barədə sosial şəbəkə hesabında status yazaraq sevənlərinə bu barədə xəbər verib.

"Dünən gecə Los-Ancelesdəki evimdə infarkt keçirdim. Bir müddət xəstəxanada nəzarət altında qaldıqdan sonra evə buraxıldım", - deyə Özen qeyd edib.

Qeyd edək ki, Türkiyəni tərk edən Gökhan Özen 7 ildir Los-Ancelesdə yaşayır.

Bütün xəbərlər Facebook səhifəmizdə