Novosibirskdə Valeri Meladzenin iki konserti ləğv edilib

Novosibirskdə Valeri Meladzenin iki konserti ləğv edilib

Müğənni Valeri Meladzenin Novosibirskdə əvvəllər 2022-ci ilin mayından 2023-cü ilin aprel ayına təxirə salınmış iki konserti ləğv edilib. Səbəb: Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayanda Meladzenin hərbi əməliyyatları dayandırmağa çağırışı olub.

SİA-nın əldə etdiyi məlumata görə, biletlər dekabrın 7-nə kimi satılsa da, Meladzenin konsertlərinin ləğvi bilet sifarişi saytında bildirilir. Yubiley turu çərçivəsində konsertlər aprelin 26 və 30-da Novosibirsk DK Jeleznodorojnikovda keçirilməli idi.

Pulun 30 iş günü ərzində kartlar üzrə alıcılara qaytarılacağı vəd edilir. Müğənninin özü və rəhbərliyi hələlik konsertlərin ləğvi ilə bağlı açıqlama verməyib.

Xatırladaq ki, Ukraynada müharibənin ilk günündə Valeri Meladze videomüraciət yazıb və orada hərbi əməliyyatları dayandırmağa və danışıqlar masası arxasında görüş keçirməyə çağırış etmişdi.

“İnsanlar danışıqlar aparmağı bacarmalıdır, bunun üçün bizə dil verilib, bunun üçün bizə bütün qabiliyyətlər verilib. İnsanlar ölməməlidir. Buna son qoymaq lazımdır”.

Qeyd edək ki, Meladze bunu videomüraciətdə bildirmişdi. Yeri gəlmişkən, müğənninin qardaşı, bəstəkar Konstantin Meladze Ukraynanın əməkdar incəsənət xadimi adına layiq görülüb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə