Məşhur türk aktyor yenidən ekranlara qayıdır - FOTO

Məşhur türk aktyor yenidən ekranlara qayıdır - FOTO

Bir müddət reytinqləri qıran "Yaprak Dökümü"ndə Oğuz obrazı ilə yadda qalan Tolqa Karel 5 il sonra ekranlara qayıdıb. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, bir müddət öncə Türkiyəni tərk edərək Amerikada yaşayan məşhur aktyor TV8-in yeni serialı "Day Zero"da rol aldığını açıqlayıb.

Rejissorluğunu Süleyman Mert Özdemir, prodüserliyini Acun Medyanın etdiyi "Day Zero" serialı TV8 ekranlarında tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. Aktyorları ilə pərəstişkarlarını sevindirən sürpriz ad görənləri təəccübləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə