Müğənni Eldar Qasımov "Avroviziya” mahnı yarışmasına qayıdır. SİA xəbər verir ki, bunu sənətçi özünün sosial media hesabında paylaşıb. Bildirib ki, ona yarışmanın Azərbaycan nümayəndə heyətinin prodüseri olmaq təklif edilib: “Bu dəfə peşəkar mənada yenidən ora qayıdıram. “Avroviziya-2023”-ə Azərbaycan nümayəndə heyətinin musiqi prodüseri olmaq təklifini qəbul etdim”.
Qeyd edək ki, Eldar müğənni Nigar Camalla birgə ifa etdiyi "Running scared" mahnısı ilə “Avroviziya-2011"in qalibi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB