Rəşad İlyasovun xanımı açıqlaması ilə gündəmə gəlib

Əməkdar artist Rəşad İlyasovun xanımı Gülnarə İlyasova açıqlaması ilə gündəmə gəlib. SİA xəbər verir ki ki, o, ərinin köynəyində dodaq boyası izi tapdığını qeyd edib.

Bu haqda Gülnarə xanım aparıcılıq etdiyi “Sağlam səhər” verilişində danışıb: Bunu heç yerdə deməmişəm, efirdə deyəcəm. İnsanlar köynəkdəki dodaq boyası izinə görə boşanır, ailələr dağılır. Mənim üçün isə bu adi bir şeydir. Baxıram, atıram paltaryuyan maşına. Olub, çünki sənət aləmi belədir. Biz necə gəlib qonaqlarımızla şəkil çəkdiririksə, o da sənət yoldaşları, həmkarlarıyla məclislərdə öpüşüb, görüşür”.

Bütün xəbərlər Facebook səhifəmizdə