Modeldən növbəti qalmaqallı paylaşım - FOTO

Xəbər verdiyimiz kimi DÇ-2022-nin 1/8 finalında Xorvatiya Yaponiyanı penaltilər seriyasından sonra məğlub edərək, turnirdən kənarlaşdırıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Dünya Çempionatının 1/8 final mərhələsində Xorvatiya və Yaponiya üz-üzə gəlib. Gərgin keçən oyunda xorvatlar qalib gəlib.

Dünya Çempionatı başlayandan sonra Qətərdə paylaşımları ilə gündəmə gələn xorvat model İvana Knollun oyun öncəsi paylaşımları səs-küyə səbəb olub. Ölkəni tərk etməyə çağırılan məşhur model bütün bunları nəzərə almayaraq Yaponiyanı hədəf alan paylaşım edib. O, sosial şəbəkə hesabında "bu gün menyumuzda Yapon suşisi var" yazıb. Bu paylaşımı ilə model yapon fanatlarını qəzəbləndirib. Qeyd edən ki, Dünya Çempionatı başlayandan sonra Qətərdə paylaşdığı fotolarda geyimi ilə gündəmə gələn model təhdid edilib və ölkəni tərk etməsi tələb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə