Məhkəmə Bilalın Doğuşa 5 qəpik təzminat ödəməsinə qərar verib

Aparıcı Xoşqədəm Baxşəliyevanın həyat yoldaşı, müğənni Doğuş həmkarı Bilal Sonsesi məhkəməyə verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, sənətçi onu özünə aid bir mahnını kopyalamaqda günahlandırıb və məhkəməyə verib.

5 qəpiklik təzminat məhkəməsində aparılan araşdırma nəticəsində Bilal Sonsesin “Elin olmamam” mahnısının giriş və final musiqisinin Doğuşa aid “Bunun adına yürek derler” mahnısı ilə eyni olduğu təsdiqlənib.

Məhkəmə Bilalın Doğuşa 5 qəpik təzminat ödəməsinə qərar verib.

Bütün xəbərlər Facebook səhifəmizdə