Tarkanın Yeni il konserti üçün istədiyi qonorar dodaq uçuqlatdı

Meqastar Tarkan da ilin əvvəlində alacağı maaşla gündəm olub. Məşhur müğənniyə Kanal D-dən təklif olunduğu bildirilir. O, Kanal D-nin yeni il proqramında səhnəyə çıxmaq üçün 14 milyon TL istəyib.

Son zamanlar rol aldığı reklamlarla adından söz etdirən məşhur müğənni yeni mahnıları ilə də gündəmdədir. Sosial mediadan aktiv istifadə edən adlardan biri olan Meqastar ləqəbli Tarkan Yeni il gecəsi qiymətini istəyib.

Temizmaqazin-in xəbərinə görə, yeni il yaxınlaşdıqca televiziya kanalları yeni il gecəsi üçün xüsusi əyləncəli proqramlar hazırlamağa başlayıb. Kanal D-nin Tarkana yeni il gecəsi üçün etdiyi təklifin qarşılığında tələb olunan 14 milyon lirəyə görə hələ ki, razılaşma əldə olunmayıb.

Müəllif: Sədaqət Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə