Uzun fasilədən sonra musiqiyə qayıdan Güllü klip çəkilişi zamanı qəza keçirib. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, türkiyəli müğənni Güllü qəza keçirib. Türk musiqisinin unudulmaz səslərindən olan Güllü Yıldız Tilbenin "Unutamazsın Beni" adlı mahnısına klip çəkdirib. Ssenariyə görə, klipdə qəza keçirməli olan Güllü əslində əyləc əvəzinə qaza basaraq qəza keçirib. Qəzadan sonra açıqlama verən müğənni Güllü "İstəsəydim, bu qədər real olmazdı. Hamısı yaxşı iş gətirmək üçün idi, amma təəssüf ki, bu, gerçək oldu”, - deyə bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə