Müğənni Rəşad Nəcəfli Türkiyənin “Altın Kelebek” mükafatına layiq görülən azərbaycanlı məşhurları tənqid edib. SİA xəbər verir ki, müğənni “Altın Kelebek” müsabiqəsi zamanı Azərbaycan musiqisinin səhv təqdim olunduğunu deyib. O bildirib ki, orada qalib olan müğənnilərin oxunuş tərzi Azərbaycanın əksər tamaşaçılarına maraqlı deyil.

“Əksər insanlar onları tanımır. Hətta həmin müğənnilərin oxunuş tərzi də insanlar üçün maraqlı deyil. Əsasən, gənclər arasında dinlənilirlər. Amma orta yaşlı və özünü dərk edən insanların çoxu həmin müğənniləri tanımır. Necə olur ki, daha məşhur, xalq tərəfindən sevilən müğənnilərimiz qalib olmur, onlar olur?

Rəşad Nəcəfli deyib ki, “Altın Kelebek”də qalib gələn müğənnilər o mükafatı haqq etmirlər.

Qeyd edək ki, Türkiyədə baş tutan 48-ci “Altın Kelebek” mükafatlandırma gecəsində “Azərbaycanın ən parlaq ulduzu” nominasiyasına müğənnilər Ayaz Babayev, Nəzrin və aparıcı Turanə Hüseynli layiq görülüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə