Onun seçilməsi etirazlara səbəb oldu

Dünən baş tutan “Best Model of Azerbaijan 2022” yarışmasının finalında qalmaqal yaşanıb. SİA xəbər verir ki, xanımlar arasında Lina Uzunun birinci olması digər iştirakçıların etirazı ilə nəticələnib və onları müsabiqəni boykot edərək zalı tərk ediblər.

Qızlar və təşkilat komitəsi arasında yaranan narazılıq böyüməyə başlayıb.

İddia olunub ki, xanım qoyulan boy kriteriyalarına malik deyil və Azərbaycanda yaşamır. Qaydalara uyğun olaraq ən yaxşı model azərbaycanlı olmalıdır.

Lakin sözügedən xanımın gürcü və türk kökənli olduğu qeyd olunub.

Hətta sosial şəbəkələrdə final gecəsində meydana gələn gərginliklə bağlı video görüntülər də yayılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə