46 yaşlı xalq artisti yenidən gündəm yaradıb - FOTO

46 yaşlı xalq artisti Tünzalə Ağayeva geyimi ilə yenidən gündəm yaradıb. SİA xəbər verir ki, Azərbaycan musiqi səhnəsinin ən dəbli müğənnilərindən olan sənətçi çıxış üçün qara smokinq seçib. Lakin ulduzun pencəyi və klassik şalvarı ənənəvi kostyumdan dekolte və kəsimləriylə fərqlənib.

Şalvarın hər iki kənarındakı kəsim şəffaf tüllə örtülüb. Bu detal ulduzun obrazına əlavə seksuallıq qatıb. Həm də alt paltarı geyinməyən ulduz nümayiş etdirib ki, geyimdə heç bir sərhəd tanımır.

Bütün xəbərlər Facebook səhifəmizdə