Brilliant Dadaşovadan diqqətçəkən PAYLAŞIM - FOTO

Sosial şəbəkədə müzakirələrə səbəb olacaq postlar yayımlayan Xalq artisti Brilliant Dadaşova daha bir paylaşımları ilə diqqət çəkib. SİA-nın məlumatına görə, müğənni paylaşımında yenə fəlsəfi sözlər yazıb:

"Həqiqət acı, yalan şirin olan dünyadayıq. Bəzən kefdə-damaqda, bəzən sıxıntıda, dardayıq. Az adam tapılır özü-sözü düz, çoxumuz başdan sona səhnələşmiş roldayıq. Haqqı nahaqqa satanlar düşünməz ki, bu gün burada, sabah bəlkə mavi səmalardayıq. İnsanoğlu özünü çoxbilmiş sayır. Amma bilmir bura haradan gəldik, indi haradayıq...".

Qeyd edək ki, Brilliant Dadaşova tez-tez gündəmdə yer alan aktual, qalmaqallı mövzular haqqında reaksiyasını şeirlə bildirərək, paylaşır.

Bütün xəbərlər Facebook səhifəmizdə