Madonna “Seks” kitabının təqdimatında

Dünya ulduzu Madonna “Seks” kitabının 30 illiyinə həsr olunmuş sərgisinin açılışında iştirak edib. SİA xəbər verir ki, 64 yaşlı pop diva ictimaiyyət qarşısına qara “Sen Laurent” markalı smokin, korset və dəri stilettoda çıxıb. Müğənni aksesuar olaraq dəri qamçı götürüb.

Qeyd edək ki, dekabrın 4-dək Mayamidə keçiriləcək sərgi Madonna və fotoqraf Stiven Meyselin müğənninin ən səmimi kadrlarını özündə əks etdirən qalmaqallı “Seks” kitabının 30 illik yubileyinə və təkrar nəşrinə təsadüf edir.

Sərginin kuratoru Madonnanın yaxın dostu, Sent Laurentin kreativ direktoru Entoni Vakarello idi. Saint Laurent-in dəstəyi ilə kitabın 800 nüsxəsi yenidən nəşr edilib və Madonnanın Raising Malawi xeyriyyə təşkilatına hərraca çıxarılacaq.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə